Menu

Zakir Həsənov ordunun planlarını açıqladı - VİDEO

09.09.2015, 17:42
Zakir Həsənov ordunun planlarını açıqladı - VİDEO

Bu gündən Silahlı Qüvvələrin bütün qoşun növləri üzrə keçirilən təlimlərinin ikinci mərhləsinə start verilir.

Müdafiə naziri Zakir Həsənov ANS-ə açıqlamasında bildirib ki, bu mərhələdə qoşun növlərinin praktiki tətbiqi həyata keçiriləcək.

Təlim atışları Silahlı Qüvvələrin müharibə vaxtı tətbiqi tam şəkildə icra olunacaq: “HHQ -ləri taktiki manevrlər edəcək və raket buraxılışları yerinə yetircəklər. Artilleriya zərbələri və havadan zərbələr olacaq. Bizim helikopter və təyyarələrimiz atışlar edəcək. Mühəndis istehkamçıları, kəşfiyyatçılar, xüsusi təyinatlılar onlara qarşsında böyük vəzifələr qoyulub. Tam şəkildə biz Silahlı Qüvvələrin müharibə vaxtında tətbiqini bu təlimlərdə sınaqdan keçiririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol