Böyük Britaniya “təhlükəsiz bölgə”nin yaradılmasını dəstəkləyir
Böyük Britaniya hökuməti Suriyada “təhlükəsiz bölgə” yaratmaq barədə Türkiyə tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəklədiyini bəyan edib.
AzPolitika.info-nun “Dünya Bülteni”nə istinadən verdiyi məlumata görə, Birləşmiş Krallığın Xarici İşlər İdarəsi bu təşəbbüsün “tamamilə doğru fikir” olduğunu vurğulayıb. Nazirlikdən baş nazirin son açıqlamasını da xatırladıblar.
Bundan əvvəl baş nazir Devid Kameron da parlamentdə çıxışında bildirib ki, əgər “təhlükəsiz bölgə”həqiqətən də təhlükəsiz olacaqsa, səmərəli təşəbbüs ola bilər. Bu da Türkiyə və ABŞ-ın, potensial olaraq da Böyük Britaniyanın hərbi baxımdan töhfə verməsi ilə mümkündür. “Təhlükəsiz bölgə”nin məqsədinin nə olduğuna diqqəti yönəltməliyik”.
Onun fikrincə, bu bölgə insanların öz vətənlərini tərk etmədən və “təhlükəli mühacirət”ə baş vurmadan müvəqqəti düşərgələrə sığınmasına şərait yaradacaq.
Devid Kameron ötən gün 5 il içində Yaxın Şərqdən 20 minə yaxın qaçqını ölkəsinə qəbul edəcəklərini açıqlamışdı.


Şərhlər