Menu

Xamneyi kənar görüşlərin əleyhinədir

09.09.2015, 18:47
Xamneyi kənar görüşlərin əleyhinədir

İranın ali rəhbəri Əli Xamneyi nüvə müzakirələrindən kənar hər hansı məsələ ilə bağlı ABŞ-la görüşməyəcəklərini bildirib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, ali rəhbər bildirib ki, ABŞ İranla müzakirə adı altında ölkəyə nüfuz etmək və istəklərini qəbul etdirmək məqsədi güdür.

"ABŞ-la ancaq nüvə məsələsi haqqında müzakirələr aparacağıq. Digər məsələlərlə bağlı ABŞ-la görüşməyə razılıq vermədik və onlarla heç bir müzakirələr aparmayacağıq”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol