Menu

Bakıda 4 otaqlı villanı 15 milyona qiymətləndirdilər – FOTOLAR

09.09.2015, 19:56
Bakıda 4 otaqlı villanı 15 milyona qiymətləndirdilər – FOTOLAR

Paytaxtda 15 000 000 AZN (14 mln. 310 min ABŞ dolları) qiymətində 4 otaqlı ev satılır.

Bu barədə elan bina.az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən 4 otaqlı “iqamətgah”-ın ümumi sahəsi 344 kvadratmetr təşkil edir.

“Grand Park” kottec şəhərciyində yerləşən evə sahib olmaq istəyən şəxs nə az, nə çox düz 15 000 000 manat ödəməli olacaq.

Elanda qeyd edilir ki, villada avtomobil üçün xüsusi “parkinq” var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol