Menu

Volqoqrad kamikadzelərinin kimliyi müəyyənləşib

30.01.2014, 16:27
Volqoqrad kamikadzelərinin kimliyi müəyyənləşib

İnterfaks agentliyi Rusiyanın Milli Antiterror Komitəsinə (MAK) istinadən məlumat ki, Volqoqrad şəhərindəki dəmir yolu vağzalında partlayış törədən terrorçu-kamikadzelərin şəxsiyyətləri müəyyən edilib.

Məlumatda deyilir ki, özünü partladanlar “Bunyaksk terrorçular qrupunun” üzvləri olan Əsgər Səmədov və Süleyman Maqomedov olub. Özünü öldürən terrotçuların kimliyi əvvəlcədən bəlli olsa da, rəsmi orqanlar əməliyyat-axtarış tədbirlərinə görə onların adlarını açıqlamayıblar. MAK əlavə olaraq məlumat verib ki, bu işdə terrorçulara kömək göstərdiklərinə görə Dağıstan ərazisində Maqomednabi və Tahir Batırov qardaşları da həbs edilib.

2013-cü il dekabr ayının son günlərində Volqoqradda baş verən terror aktlarının törədilməsini “Vilayəti Dagıstan” adlanan təşkilat öz üzərinə götürmüşdü.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol