Menu

Norveçli milyarder otlellərini miqrantlara verir - 5 min gecəlik

09.09.2015, 23:23
Norveçli milyarder otlellərini miqrantlara verir - 5 min gecəlik

Xarici KİV-in məlumatına görə, Norveçli milyarder Petter Stordalen otellərinin otaqlarını 5 min gecəlik ölkəsinə gəlmiş qaçqınların sərəncamına verməyə hazır olduğunu bildirib. Stordalen bu qərarını özünün «Tvitter» səhifəsində dərc edib (Rosbalt).

«Biz, otellərimizi 5 min gecəlik ehtiyacı olan qaçqınlara təklif edirik»-deyə, «NordicChoice» Skadndinaviya otellər şəbəkəsinin sahibi elan edib.

Norveçin miqrantların işi üzrə Xidməti bəyan edib ki, qaçqınların qəbulu üzrə xüsusi düşərgələrdə yer çatışmazlığı yarandığı halda , Stordalenin təklifi öyrəniləcək.

Bundan əvvəl xəbər verilmişdi ki, cari ildə Norveçə gələn miqrantların sayı 11 min nəfərə yaxınlaşıb ki, bu da 1994-cü ildəki rekord göstəriciyə yaxındır. O zaman, Balkanlarda yaşanan böhran minlərlə bosniyalını Şimal krallığına qaçmağa məcbur etmişdi.

İndiki halda qaçqınların əsas kütləsini suriyalılar, əfqanıstanlılar və eritreylilər təşkil edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol