Menu

"Ermənistan PKK üçün ikinci Qəndildir" - Sinan Oğan

10.09.2015, 15:12
"Ermənistan PKK üçün ikinci Qəndildir" - Sinan Oğan

Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və sabiq millət vəkili Sinan Oğan Ermənistanın PKK üçün ikinci Qəndil ( İraqın Şimalı PKK-çıların əsas sığınacağı) yeri olduğunu bildirib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

S.Oğan bildirib ki, Türkiyənin İğdır vilayətinin davamlı PKK tərəfindən təhdid edilməsi və burada PKK-nın terror aktları törətməsi göstərir ki, PKK Ermənistanı özünə ikinci Qəndil hesab edir.

O qeyd edib ki, heç kim “Kürdüstanı” Ermənistanla birləşdirməyi xəyal belə etməsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol