Menu

Con Kerri ABŞ-ın suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bəyan edib

10.09.2015, 15:18
Con Kerri ABŞ-ın suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bəyan edib

ABŞ dövlət katibi Con Kerri növbəti maliyyə ili üçün ölkəsinin qəbul edəcəyi qaçqınların sayının artırılması fikrini dəstəkləyib.

APA-nın verdiyi xəbər görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. “Biz qəbul edəcəyimiz qaçqınların sayının artırılması fikrinə sadiqik. Hazırda biz onların dəqiq sayını müəyyənləşdirməyə çalışırıq”, - deyə Kerri söyləyib.

C. Kerri 100 minə yaxın məcburi köçkünə viza verilməsinin mümkün olduğunu bildirib. Lakin bu, yekun qərar deyil.

30 sentyabrda başa çatacaq 2015-ci maliyyə ilində hakimiyyət 70 min qaçqına viza verilə biləcəyini açıqlamışdı. Obama administrasiyası daha əvvəl qanunverici orqandan növbəti maliyyə ili üçün limiti daha 5 min artırmağı təklif etmişdi. Lakin Avropada miqrant böhranın təhlükəli səviyyəyə qalxmasından sonra Dövlət Departamenti məsələyə daha ciddi yanaşmağı təklif edib.

Qeyd edək ki, bu gün 2 milyondan çox suriyalı qaçqın Misir, İraq, İordaniya və Livan ərazisində sığınacaq tapıb. 1,9 milyondan çoxu isə Türkiyədədir. Daha 348 min suriyalı isə Avropa ölkələrinə sığınacaq üçün müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol