AŞPA yanvarın 30-da Ukraynadakı hadisələrlə bağlı qətnamə qəbul edib.

Turan-ın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, qətnamədə Ukrayna hakimiyyətinin insan hüquqlarını pozması, xüsusən ölkənin avrointeqrasiyası tərəfdarlarının etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq edilməsi tənqid edilir. Sənəddə həmçinin nümayişçilərə qarşı yenidən güc tətbiq edildiyi halda Viktor Yanukoviç hökuməti barəsində sanksiyalar tətbiq edilə biləcəyi xəbərdarlığı edilir.

Strasburqda Avropa Sarayı qarşısında aparılan müzakirələr zamanı Ukrayna xalqına dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları Yanukoviç hökumətini pisləyən şüarlar səsləndiriblər.