Menu

“Azərbaycanın öz Linkolnu varmı?”- Ceyms Uorlik

11.09.2015, 00:32
“Azərbaycanın öz Linkolnu varmı?”- Ceyms Uorlik

Məsələ ondadır ki, Azərbaycan və Ermənistanın öz cəsarətli Avraam Linkolnu varmı? Musavat.com-un məlumatına görə, belə bir sual-qeydi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində Qarabağ münaqişəsinin həll perspektivi ilə bağlı yazıb.

“Avraam Linkoln (ABŞ-ın 16-cı prezidenti-red.) siyasətdən yuxarı qalxaraq və tariximizdə yeni səhifə açaraq, bizi müharibədən sülhə gətirdi. Azərbaycan və Ermənistanın öz Avraam Linkolnu varmı ki, barışıq və sülh gətirsin? Region xalqları yan-yana, dinc şəraitdə, təhlükəsizlikdə və rifahda yaşamağa hazırdımı” - əlavə edib amerikalı diplomat.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol