Menu

Qəddafinin Sarkozi haqqında şok açıqlamaları ortaya çıxdı

31.01.2014, 00:38
Qəddafinin Sarkozi haqqında şok açıqlamaları ortaya çıxdı

Dünya Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2007-ci ildə prezident seçilməsinə keçmiş Liviya lideri Müəmmər Qəddafinin yardım etdiyinin dəlilləri ortaya çıxıb.

ANS PRESS “France 3 TV”yə istinadən bildirir ki, bu barədə Qəddafi öz son tele müsahibələrindən birində məlumat verib.

“Sarkozi ağıldankəmdir. Mənim hesabına prezident oldu. Biz ona vəsait verdik, pullar ona seçkini udmağa yardım etdi”, - deyə Qəddafi vurğulayıb.

Liviya lideri bu müsahibəni 16 mart 2011-ci ildə “France 3 TV”yə verib, həmin müsahibədən bir neçə gün sonra Fransa Liviya müxalifətini rəsmi tanıyıb. Qəddafi bildirib ki, Sarkozi hələ daxili işlər naziri işləyən zaman kömək üçün ona müraciət edib. Amma o, fransız siyasətçinin aldığı pulun miqdarını deməyib.

Sarkozinin Qəddafidən maliyyə yardımı alması barədə qalmaqal 2012-ci ilin yazında başlamışdı. Ondan fransız nəşri “Mediapart”ın dərc etdiyi sənədlərdə Liviya rejiminin siyasətçinin prezident seçkisi kampaniyasına 50 milyon avro verdiyi göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol