Menu

Azərbaycanda dövlət əmlakını belə dağıdırlar - VİDEO

11.09.2015, 10:06
Azərbaycanda dövlət əmlakını belə dağıdırlar - VİDEO

Bakı-Quba beton yolu yenə sökülür

Bir neçə il öncə çəkilən Bakı-Quba yolunda təzədən təmir işləri başlayıb. Bu videonu tanınmış vəkil Qurban Məmmədov bu yaxınlarda həmin yoldan keçərkən çəkib.

O qeyd edir ki, halbuki çəkilişinə milyonlarla manat xərclənən bu yolun betonla, çox keyfiyyətli tikildiyi, ona on illərlə zəmanət verildiyi deyilirdi.

"50 il istismar müddəti olan, çəkilişinə milyardlar xərclənən Quba-Bakı beton yolu cəmi 5 ildən sonra bu gündədir.

Dövlət əmlakını göyə sovuranlardan, milli sərvətləri mənimsəyənlərdən hesab tələb edən isə yoxdur. Əks təqdirdə, başda Ziya Məmmədov olmaqla, bu keyfiyyətsiz işin bütün icraçıları, sifarişçiləri, istismara qəbul edənləri və nəzarətçiləri çoxdan həbs edilməli idilər."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol