ABŞ prezidenti Barak Obama Rusiyanın Suriyaya uçan təyyarələrinin qarşısının alınmasında Dövlət Departamentinin atdığı addımlardan narazıdır.
AzPolitika.İnfo-nun TASS-a istinadən verdiyi məlumata görə, Yunanıstan və Bolqarıstanın hava məkanları ilə bağlı yaşanan ziddiyyətlərin gələcəkdə təkrarlanmaması üçün Obama öz müşavirlərinə konsensusun işlənməsi və fəaliyyət planının hazırlanması ilə bağlı göstəriş verib.
Bildirilir ki, proses başlasa da, Ağ Evdə Rusiya ilə Suriya mövzusunda qarşıdurmaya gedib-getməmək və İŞİD-lə mübarizədə Kreml ilə əməkdaşlıq istiqamətində fikir ayrılıqları var.

Şərhlər