Menu

İrandan PKK terroruna “sülhpərvər” dəstək – AÇIQLAMA

11.09.2015, 13:24
İrandan PKK terroruna “sülhpərvər” dəstək – AÇIQLAMA

İllərdir PJAK terror qruplaşması ilə döyüşən İran Suriyadakı kürd təşkilatı YPG-ni razı salmaq naminə PKK-nı müdafiə edən mövqe ilə gündəmə gəlib.

AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, İran XİN-in sözçüsü Marziye Əfkam son mətbuat konfransında Türkiyədəki terror aktlarını qınasa da, türk əsgərlərinin İraqa girməsini sərt tənqid etdi.

O, Türkiyənin bu addımının ərazi bütövlüyü və suverenlik amilinə zidd olduğunu, xarici qüvvələrin regiona müdaxilə etməsinə şərait yaratdığını deyib.

Həmçinin Tehran rəsmisi daha da uzağa gedərək, Ankaranı terrorçularla sülh danışıqlarına səsləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol