Menu

Rusiya nəqliyyat təyyarələri Suriyaya yeddi reys edib! - Pentaqonun məlumatı

11.09.2015, 19:38
Rusiya nəqliyyat təyyarələri Suriyaya yeddi reys edib! - Pentaqonun məlumatı

Xarici KİV-in yaydığı məlumata görə, Pentaqon, Rusiyanın A-124 tipli nəqliyyat təyyarələrinin Latakiya şəhərinə (Suriya) yeddi reysini qeydə alıb («Exo Moskvı»).

İdarə qeyd edir ki, hazırkı şəraitdə Rusiyanın Suriyada iştirakı misli görünməmiş hadisədir və burada real gücün artırılmasına sübutdur («Foks Nyus»).

«Çikaqo Tribyun» qəzeti yüksək çinli amerikalı mənbəyə istinadla xəbər verir ki, Suriyaya hərbi texnika və Rusiya hərbi aviasiyasının yerləşəcəyi Latakiya aeroportundakı aviabazanın yenidən qurulması üçün təchizat sistemləri daşınır.

O da xəbər verilir ki, Moskva yaxın həftələrdə Suriyaya Su-25 qırıcıları və MiQ-31 təyyarələri göndərməyə hazırlaşır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol