Menu

Rusiya misli görünməmiş hərbi təlimlərə başlayır

11.09.2015, 23:21
Rusiya misli görünməmiş hərbi təlimlərə başlayır

Sentyabrın 14-də Rusiyada miqyasına görə misli görünməmiş “Mərkəz - 2015” strateji hərbi təlimləri başlayacaq. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, təlimlərin ilk hazırlıq mərhələsi Mərkəzi Hərbi Dairəsi (MHD) qoşunlarının döyüş hazırlığının sentyabrın 7-də prezident Vladimir Putinin elan elədiyi əmrlə başlanan qəfil yoxlaması hesab edilir. Davam edən bu təlimlərə 95 min əsgər, 7 min texnika vahidi və 170 təyyarə cəlb edilib Təlimlər sentyabrın 12-dək davam edəcək.

Yeni manevrlərdə MHD-nin 5, Qazaxıstanın isə 2 poliqonundan istifadə ediləcək. Təlimlərin hədəfi hələ ki, məxfi saxlanılır. Manevrlər 8 gün çəkəcək və MHD-nin on minlərlə hərbçisini, silahlı qüvvələrin, digər nazirliklərin və idarələrin bütün növ dəstlələrini vahid komandanlıq altında birləşdirəcək.

Təlimləri Putin şəxsən müşahidə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol