Menu

Rusiya hakimiyyəti illüziyalar aləmində yaşayır! - Latviyanın eks-prezidenti

12.09.2015, 00:13
Rusiya hakimiyyəti illüziyalar aləmində yaşayır! - Latviyanın eks-prezidenti

Xarici KİV-in məlumatına görə, 1999-2007-ci illərdə Latviyaya rəhbərlik etmiş Vayra Vike-Freyberqa hesab edir ki, Rusiyanın indiki hakimiyyəti illüziyalar aləmində yaşayır və buna görə də belə bir ölkənin rəğbətini qazanmaq üçün (onu ələ almaq üçün) cəhd göstərməyə dəyməz (Rosbalt).

«Bizim elə bir ölkə ilə ümumi sərhədlərimiz var ki, onu psixoloji hakimiyyət idarə edir və o, öz illüziyaları ilə yaşayır. Mən bilirəm, psixopatlar nə deməkdir, çünki öz karyeramın əvvəlində mən, belə insanlarla qarşılaşmışam. Onlar öz əhval-ruhiyyələrini kəskin şəkildə dəyişə, səs-küy qaldıra və isteriyaya qapıla bilirlər»-deyə, «ZN.ua» eks-prezidentin YES-in Kiyevdə keçirilən forumundakı çıxışından sitat gətirir.

Eks-prezidentin fikrincə, Rusiyanın belə hakimiyyəti ilə «rəğbət qazanmaq» siyasəti yeritmək olmaz, çünki o, heç vaxt məmnun qalmayacaq.

«Əgər Rusiyanı sakitləşdirmək mümkün olarsa, o, məmnun qalarsa və təhlükəsizliyinə zəmanət verilərsə, belə situasiyada biz, bir vaxtlar Molyerin təsvir etdiyi situasiyanın oxşarı ilə qarşılaşarıq: Yalançı xəstə narahatlıq keçirir və öz «xəstəliyi»nə görə ətrafdakıların hamısını günahlandırır. Burada da eləcə - müdafiədən yayınmaq yox, müdafiəyə hazırlaşmaq lazımdır»-deyə, Vike-Freyberqa əlavə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol