Menu

Obamadan Putinə ultimatum: «Rusiyanın Əsədə dəstəyi məhvə məhkumdur»

12.09.2015, 13:19

1405567340_putin-obamaSuriyada rus əsgərlərinin və hərbi texnikasının artmasına ABŞ prezidenti Barak Obamadan da reaksiya gəlib.Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obama Rusiyanın Suriyaya hərbi dəstəyi artırmasını Əsədin narahatlığının ifadəsi kimi qiymətləndirib: «Bu təsdiq edir ki, Bəşər Əsəd vəziyyətdən narahatdır və kömək üçün Rusiyadakı məsləhətçilərinə müraciət edib. Rusiyanın hərbi müdaxiləsi Suriyadakı münaqişənin həllinə, həmçinin Əsəd rejiminin hökmranlığının başa çatmasına mane ola bilər. Birləşmiş Ştatlar Rusiyanın diqqətinə çatdırmaq istəyir ki, Moskvanın Əsədə dəstəyi məhvə məhkumdur».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol