Menu

Fransanın “Avroviziya”dakı müğənnisi Qarabağda konsert verəcək

12.09.2015, 14:25
Fransanın “Avroviziya”dakı müğənnisi Qarabağda konsert verəcək

Fransa estradasının ulduzu, məşhur “Notr-Dam de Pari” müziklının ifaçısı Partik Fiori Dağlıq Qarabağda konsert verəcək.

Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, 45 yaşlı müğənni sentyabrın 19-da Xankənini mərkəzində yerləşən “Dirçəliş” meydanında konsertlə çıxış edəcək. Onun səfəri Qarabağda keçirilən “Franslız günləri” adlı tədbir çərçivəsində baş tutacaq.

1993-cü ildə Fransanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən müğənni həmin il 4-cü yeri tutmuşdu. Partik Fiorinin karyerası boyu dinləyicilərinə təqdim etdiyi 9 albomu milyonlarla tirajla satılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol