Menu

Putin tanınmış amerikalı boksçuya vətəndaşlıq verdi

12.09.2015, 16:27
Putin tanınmış amerikalı boksçuya vətəndaşlıq verdi

Rusiya prezidenti Vladimir Putin tanınmış amerikalı boksçu Roy Conson oğula Rusiya vətəndaşlığı verilməsi barədə sərəncam imzalayıb.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin rəsmi saytında bildirilib.

Dörd çəki kateqoriyasında dünya çempionu olan, 62 qələbə (45 nokaut) və 8 məğlubiyyətlə dünyanın ən güclülərindən sayılan bu boksçu bu il avqustun 19-da Putinlə Sevastopolda görüşmüş və ona Rusiya vətəndaşlığı verilməsini xahiş etmişdi.

Putin isə ona şərt qoymuşdu ki, bundan sonra R.Conson oğul öz idman karyerasını Rusiya ilə bağlayacaq. İdmançı bu şərtlə razılaşdıqdan sonra avqutsun 20-də Yaltada vətəndaşlıq üçün ərizə yazmış və bundan sonra beynəlxalq görüşlərdə Rusiya idmançılarına qarşı döyüşməyəcəyini bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol