Şotlandiya Milli Partiyası (Scottish National Party – SNP) yenidən müstəqillik haqqında referendumun keçirilməsinə nail olmaq fikrindədir.
AzPolitika.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Şotlandiyanın birinci naziri Nikol Sterjen bildirib.
“Bizin manifestimizdə göstəriləcək ki, biz ikinci referendumun keçirilməsinin anlam daşıması üçün şəraiti və müvəqqəti çərçivələri nəzərdən keçiririk, amma biz ancaq referendumu təklif edə bilərik”, - deyə birinci nazir qeyd edib.
Partiyanın rəqibləri bildiriblər ki, milliyyətçilər “hər nəslə bir referendum” qaydasını pozurlar. Halbuki, son referendum 2014-cü ildə keçirilib və SNP növbəti manifesti 2016-cı ildə təqdim etməyə hazırlaşır.
Sterjen isə bildirib ki, növbəti referendum 5 və ya 10 ildən sonra baş tuta bilər.
Xatırladaq ki, 2014-cü ildə keçirilən referendumda 2 milyondan çox şotlandiyalı (55 faiz) Britaniyanın tərkibində qalmağa səs vermişdi.


Şərhlər