Menu

Rusiyanın “yardım” nəqliyyat təyyarələri Suriyaya gəlib

13.09.2015, 10:40
Rusiyanın “yardım” nəqliyyat təyyarələri Suriyaya gəlib

Göyərtəsində 80 ton humantitar yardım olduğu bildirilən iki Rusiya nəqliyyat təyyarəsi Suriyaya gəlib.

Son vaxtlar Rusiyanın Suriyaya hərbi avadanlıq və silah daşıdığı barədə xəbərlər dolaşmaqdadır.

Təyyarələr Latakiya yaxınlığındakı hərbi hava bazasına enib.

Rusiyanın müdafiə nazirliyi bildirib ki, təyyarələrin yükü əsas etibarilə qaçqınlar üçün çadır və avadanlıqdan ibarətdir.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Rusiya Suriyaya min əsgərlik avanqard dəstə və yığma evlər göndərib.

Rusiya təyyarələrinə hava məkanını İran verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol