Menu

Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq

13.09.2015, 13:50
Bakı-Sumqayıt qatarı ilə bu yerlərə də getmək mümkün olacaq

Sərnişinlər yaxın vaxtlarda bu qatarlardan istifadə edərək, Bakı kəndlərinə də gedə biləcəklər

Bakı-Sumqayıt qatarının əhatə dairəsi genişlənəcək. ANS PRESS-in məlumatına görə, yaxın günlərdə sərnişinlər Bakı-Sumqayıt yolundan istifadə edərək, Bakı bağlarına da gedə biləcəklər. Bunu ANS PRESS-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov açıqlamasında deyib. Onun sözlərinə əsasən, Bakı-Sumqayıt yolunun bir hissəsi təmir olunaraq, istifadəçilərin öhdəsinə verilib.

"Deməli, Bakı-Sumqayıt-sərnişin dairəsini iki hissəyə bölməklə, birinci hissəsində artıq təmir işləri yekunlaşıb və istifadəyə verilib. İkinci hissədə isə təmir işləri yekunlaşandan sonra dairəvi hərəkət tamamilə sona çatacaq. İndi sərnişinlər Bakı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt istiqamətində gedə bilirlərsə, ikinci yolun təmirindən sonra, Zabrat-Novxanı tərəfdən keçə biləcəklər. O zaman Bakı kəndlərinə gedənlər rahat bu qatarlardan istifadə edərək, evlərinə çata bilərlər", - deyə Nadir Əzməməmədov əlavə etdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol