Rusiyanın «KQBləşməsi» necə baş verdi?
Dmitri Zapolski
--------------------
Taylanda emiqrasiya etmiş tanınmış peterburqlu jurnalist Dmitri Zapolskinin «Azadlıq» Radiosunda geniş müsahibəsi bu yaxınlarda efirə çıxandan sonra, o, 90-cı illərin Leninqradının fiqurantlarından olan insanlardan çoxsaylı hədələr almağa başlayıb. Bu hədələr əks nəticəyə səbəb olub - Dmitri Zapolski indiyə qədər heç kimlə bölüşmədiyi informasiyaları bizimlə bölüşmək qərarına gəlib. Onun, barəsində danışmaq qərarına gəldiyi ilk şəxs Roman Sepkov - Anatoli Sobçakın, Vladimir Putinin və Smolnıdan olan komandanın digər üzvlərinin «qoruqçusu» - oldu.
2004-cü ildə Roman Sepkovun ölümü özündən sonra çoxsaylı suallar qoydu. Ölüm ayağında onda müşahidə olunmuş simptomlar polonium tipli radioaktiv maddə ilə zəhərlənmənin simptomlarına uyğun gəlirdi. Belə simptomlar ölüm ayağında Aleksandr Litvinenkoda da müşahidə olunub.
Qeyd etmək maraqlı olardı ki, bu ölüm hadisəsini araşdıran istintaq qrupuna rəhbərlik etmiş milis polkovniki, hazırda təqaüddə olan Mixail Bıstrov «Olqanın cini» iyrənc adı almış məşhur «İnternet-təhqiqatı» MMC-nin kollektivinə rəhbərlik edir. Roman Sepkov «Serafimovsk» qəbristanlığında dəfn olunub. Onun məzarı Vladimir Putinin valideynlərinin məzarı ilə yan-yanadır. İndi isə sözü Dmitri Zapolskiyə verirəm...
- Roman Sepkov (Beylenson) - yanca gedən mühafizə dəstəsinin («konvoy») zabiti olub. O, Leninqradın bütün qazamat idarəsinin baş stomatoloqu işləyən qadının oğludur. Sepkov bu sistemə «zampolit» (siyasi rəhbər) qismində daxil olub. 1990-cı ildə o, görünür, kriminal dairələrdə ciddi tanışlıqlar əldə edəndən sonra, mülki mühitdə («azadlıqda») bu əlaqələrdən istifadə etməklə, o zaman hələ doğulmaqda olan mafioz sistemlə qarşılıqlı fəaliyyət qurmaq üçün bu sistemdən getdi. O vaxtlar «zampolit»lərin və «oper»lərin çoxu belə edirdi.
İşdən çıxan Roman Sepkov dərhal özəl mühafizə müəssisəsinin (ÖMM) yaradılmasına başladı. 1991-ci ildə o, «Baltik-Eksport» adlı ilk özəl mühafizə müəssisəsini qeydiyyatdan keçirtdi. Həmin vaxt artıq kifayət qədər maraqlı müştəriləri vardı. İlk olaraq o, Anatoli Sobçaka (Sepkov Sobçaka Lyudmila Narusovanın vasitəsilə «çıxmışdı», onları isə Aleksandr Nevzorovun iştirakı ilə hansısa Zaxvatov tanış etmişdi) mühafizə xidmətini təklif etdi.
Roma özünü reklam etmək məqsədilə tezliklə müxtəlif jurnalist və tibb layihələrinə sponsorluq etməyə başladı. Onun ÖMM isə Anatoli Sobçakın, Lyudmila Narusovanın və Kseniya Sobçakın mühafizəsi ilə məşğul olmağa başladı. Elə o zaman Roma Boris Yeltsinin mühafizəçisi Viktor Zolotovla yaxın münasibətlər qura bildi. O isə tezliklə «Baltik-Eksport»un həmtəsisçisinə çevrildi. Mənə məlum deyil ki, onun adı sənədlərdə həmtəsisçi kimi keçirdi, ya yox. Amma onun bu prosesdə iştirakı şəksiz idi. DTK 9-cu idarəsinin zabiti kimi o, bu prosesi kurasiya edirdi.
Hələ Putin prezident olmamışdan əvvəl Viktor Zolotov prezident mühafizəsinin rəisi oldu - bu postda Korjakovu əvəz etdi (Dmitri Zapolski səhv edir, bu vəzifədə Zolotov Anatoli Kuznetsovu əvəz etmişdi - V.P.). İndi o, məlum olduğu kimi, Vladimir Putinin xüsusilə etibarlı adamı olmaqla, daxili qoşunların milli qvardiyasının baş komandanıdır.
Viktor Zolotovun iştirakı ilə Roman Sepkovelə bir sistem yaratdı ki, bu sistem ona hakimiyyətlə kriminal - hüquq-mühafizə orqanları ilə mafiya, quldurlar və onlarla mübarizə aparmalı olan güclər arasında vasitəçi olmağa imkan verdi. O zaman hüquq-mühafizə orqanlarını «monetləşdirmək» («monetləşdirmək» - hansısa güzəştləri pulla kompensasiya etmək, satın almaq - M.A.) ideyası baş qaldırdı ki, «iş»lərin bağlanması, tutuqdan azad edilmələr, sifarişli cinayət işlərinin açılması müqabilində nağd pul almaq mümkün olsun. Romanın təcrübəsində bu, çox yaxşı alınırdı. O, mənim də mühafizəmi təmin edirdi. Bu, çox vacib idi, çünki o zamanlar (elə indi də) mən mürəkkəb araşdırmalarla məşğul idim. Mənə təhlükəsizliyim lazım idi, Romaya isə şöhrət. Mən onun reklam roliklərini çəkirdim, onu yalnız mənim kanallarımla əldə oluna bilən infomasiyalarla məlumatlandırırdım. O da məni öz kanalları ilə əldə olunan məlumatlarla. O vaxt mənim «Vavilon» proqramıma ölkənin bütün təcridxanalarında, «türmə»lərində baxırdılar və KİV-in vasitəsilə kriminal cəmiyyətlərə informasiyaları çatdırmaq çox asan (rahat) idi. Həmin ünvanlarda əvvəllər «600 saniyə»-yə baxırdılar, sonra isə «Vavilon»a baxmağa başladılar. Roma da əvvəllər «600 saniyə»-ni maliyyələşdirirdi, sonra isə mənim proqramımı maliyyələşdirməyə başladı.
O anda mən maraqlı situasiya ilə üzləşdim - Roma oyun biznesi məsələlərini həll edirdi. O, yuxarılara kifayət qədər böyük məbləğlər ötürürdü. Rüşvətlər, hakimiyyət üçün pullar onun üzərindən gəlib keçirdi - çox böyük məbləğlər.
Sual: Sizə məlumdurmu, bu pullar Smolnıda kimə ötürülürdü?

- Mən bir neçə epizod bilirəm ki, pullar birbaşa meriyaya, birbaşa vitse-merə (Putinə) ötürülürdü. Mən, pulların ötürülməsində iştirak etmirdim, amma həmin pulları görürdüm. Mən hesab edirəm ki, Roma «bax bunlar Smolnı üçündür» deyəndə, məni aldatmayıb.
Belə bir tərixçə məlumdur - onu mən sonralar internetdə gördüm. İndi onun barəsində çoxlu yalanlar yazılıb. Amma mən, Lyudmila Putinaya ötürülən məşhur 16 karatlıq zümrüdü gömüşdüm. Əlbəttə, mən ötürülmə anını görməmişəm, amma Roma mənə onu göstərib dedi ki, «bu sürpriz «Pulkovskaya» mehmanxanasının kazinosundandır». Mən belə başa düşürəm ki, bu «sürpriz» məsələsində bir neçə «avtoritet» iştirakedib. Onlar bu məqsədlə pul toplamışdılar. Maraqlıdır ki, internetdə məlumat var - guya həmin zümrüdü Roma kart oyununda udub. Amma mən hesab edirəm ki, bu, həmin tarixçəni ört-basdır etmək üçün sonlarlar Vladimir Kumarin tərəfindən maliyyələşdirilən və mən adlarını çəkdiyim şəxslər (Romanın müəmmalı ölümündən sonra «Baltik-Eksport»un təsisçiləri) tərəfindən himayə olunan jurnalist qrupu tərəfindən uydurulub.
Amma bu ölüm hadisəsində sirli heç nə yoxdur. Əldə olanlardan görünür ki, Romanı məhz poloniumla zəhərləyiblər. Həm də bu öldürmək metodu məhz onun üzərində sınaqdan keçirilib. Bütün bunlar böyük ustalıqla yerinə yetiriləndən sonra belə bir versiya ortaya çıxdı ki, guya onu hansısa qadınlar hansısa dərmanlarla zəhərləyiblər. Böyük ehtimalla, o, həddindən artıq çox şeyləri bilirdi...
Hesab edirəm ki, Roma digərlərinə çox mane olurdu. Onlar istəmirdilər ki, özlərinin keçmiş həyatları barədə belə məlumatlı «quyruq» mövcud olsun. Ona görə də 2004-cü ildə Romanı sakitcə aradan götürdülər. Onun Viktor Zolotovla dostluq etməsi şəksizdir, onun Vladimir Putinə kifayət qədər yaxın adam olması da şəksizdir. Anatoli Sobçaka da, Lyudmila Narusovaya da, Boris Berezovskiyə də, bir çoxlarına da.
Sual: Jurnalistlər Roman Sepkovu «mühafizə oliqarxı» və ya «boz kardinal» adlandırırdı. Bu «boz kardinal» necə bir sistem yaratmışdı, daha dəqiqi, Smolnıda və daha yuxarılarda oturanlar ona necə bir sistem yaratmağa imkan vermişdilər?
- Hakimiyyətin bütün sistemi ondan ibarət idi ki, hər vəzifə - general və ya qeyri-general vəzifəsi - satılırdı. Bəs Sepkov nə üçün lazım idi? O, sadəcə, hər təyinat üçün - Rayon daxili işlər idarəsi rəisi, Yol polisi rəisi, sonra isə daxili işlər baş idarəsi strukturları üzrə, sonra FTX üzrə vəzifəyə təyinatlar üçün pulları alırdı. Vergi xidməti və hakimiyyətin bütün strukturları üzrə vəzifələr də buraya aiddir. O, sadəcə hər təyinat üçün pul çemodanını alır və hər biri ilə ayrılıqda danışırdı. Bu, təxminən belə görsənirdi: Məsələn, O, Kumarinə deyir: «Sənin iki «RUVD» rəisin var», Mirilaşviliyə - «Sənin iki «RUVD» rəisin olacaq»... hansısa Kjijeviç Kazanskiyə - «Sənin bir «RUVD» rəisin olacaq» deyir. O isə soruşur ki, nə üçün yalnız bir? Roma cavab verir: «Ona görə ki, sənin 100 «döyüşçü»n var, Kumarinin isə 300! Ona görə də sənə hələ düşmür. Sən hələ cavansan. Ya da ki, digərləri kimi, 15 milyon «düş», 5 milyon yox. Onda baxarıq».
Bütün bunlar təxminən, belə idi. Başqa sözlə, pul axınlarına beləcə nəzarət olunurdu... Ona görə də, Roman Sepkov Viktor Zolotovla yaxın ünsiyyətdə olurdu, ona görə Roma narkotrafikə nəzarət edirdi, ona görə Roma təyinatlar üçün rüşvətlərə nəzarət edirdi. Sistem olaraq bu, 90-cı illərdə meydana çıxdı, 2000-ci illərdə isə dövlət maşınına çevrildi. Bu sistem 90-cı illərdə Peterburq kazinosunda sınaqdan keçirildi - sonralar bu «meydançada» hakimiyyətin monetləşdirilməsi sistemi sınaqdan çıxarıldı. Putinin Rusiya siyasətinə gəlişindən başlayaraq, hər bir fəaliyyət addım-addım ödənişli olmağa başladı. İxtiyari hakim xüsusi-xidmət orqanları ilə əlaqəli oldu, ixtiyari jurnalist - xüsusi xidmət orqanları ilə əlaqədə oldu, ixtiyari siyasi xadim də eləcə. Beləliklə, Rusiyanın «KQBləşməsi» baş verdi. 70-80-ci illərdə DTK-nın tətbiq etdiyi üsullar hazırda Rusiyanın dövlət siyasəti üsuluna çevrilib. Başqa sözlə, bu gün baş verənlərin hamısı mahiyyətcə, rayon DTK-sı kiçik əməliyyatçısının gördüyü işdən ibarətdir...
Mən, Leninqradda yol polisi rəisinin vəzifəyə necə təyin olunduğunu görmüşəm (onun soyadını yazmıram - yaxşı adamdır). O, hospitalda ayrıca palatda oturub. Onun yanına çemodanlı adamlar gəlir. O, bir sutka ərzində 10 min dollar toplayıb. Bu pullar Moskvaya göndərilib və bir həftədən sonra o, yol polisi rəisi təyin olunub. Pulların ötürülməsi ilə kim məşğul olub? Roman Sepkov! Bunu hamı bilirdi. FTX bilirdi, «QUVD» bilirdi, istisnasız olaraq hamı vəziyyətdən hali idi və gülümsəyirdi. Mən həmin çemodanı öz gözlərimlə görmüşəm...
Sual: Vyaçeslav Jarko təsdiqləyib ki, Putin - eyni zamanda Qərbi Almaniya kəşfiyyatına və DTK-ya işləyən ikili agentdir. Fikriniz?

- Gerçəkdən də 2000-ci ilin əvvəlində Vyaçeslav Jarko - Baş Kəşfiyyat İdarəsinin mayoru və «Russkoe video»-nun opreativ hazırlığının aparıcı siması idi. O, məni məcbur etmək istəyirdi ki, mən həmin roliki prezident seçkiləri ərəfəsində efirə buraxım. İndi deyə bilərəm ki, mən həmin roliki görmüşəm. Orada bir agentin informasiyanı digər agentə ötürməsi anı açıq görsənirdi. Mən o vaxt roliki nümayiş etdirməkdən yayına bildim, başa düşürdüm ki, əgər onu efirə versəm, çox yaşaya bilməyəcəm. Amma aydın idi ki, həmin vaxt bu, kəşfiyyat oyunu idi.
Sual: Vyaçeslav Jarkonun sonrakı taleyi sizə məlumdurmu?
- Ümumiyyətlə, Vyaçeslav Jarko BKİ-dən (Baş Kəşfiyyat İdarəsi) Piterə ezam olunmuşdu. «Russkoe video»-nun darmadağın edilməsini Qriqori Poltavçenko - Sankt-Peterburq üzrə Rusiya vergi polisi departamenti İdarəsinin rəisi - həyata keçirdi. İstintaq qrupuna isə xüsusilə mühüm işlər müstəntiqi Yuri Vanyuşin başçılıq edirdi.
«Russkoe video» ətrafında bütün bu işlər başa çatandan sonra mən Vyaçeslav Jarko barədə informasiya axtarmağa başladım. Məlum oldu ki, bu əməliyyatdan bir neçə il sonra o, Peterburqda Aleksandr Litvinenko ilə çox yaxından ünsiyyətdə olub. İnternetdə əldə oluna bilən məlumatlara görə, o, bir gün FTX-nin ofisinə gəlib və BKİ-nə heç bir aidiyyatı olmadığını bəyan edib (amma Yuri Vanyuşin təsdiqləyirdi ki, o, BKİ tərəfindən ezam olunub) və əlavə edib ki, o - Vyaçevlav Jarko ingilis casusudur, Mİ-6 kəşfiyyatının əməkdaşıdır. Məlumat verib ki, Boris Berezovskinin qərargahında işləyib, öz növbəsində də xarici kəşfiyyata işləyib, həmin qərargahda onunla birgə Nevzorov, Dorenko və digər tanınmış adamlar da işləyib və onu şəxsən Litvinenko «ələ alıb» («verboval»).
Bundan sonra, ondan bir neçə parlaq müsahibə alınıb. Həmin müsahibələrdə o, necə təqdirəlayiq ingilis casusu olduğunu təsvir edib. Başqa sözlə, «Russkoe video»-ya hücumların baş verdiyi anda o, ingilis kəşfiyyatının əməkdaşı olub. Bundan sonra Jarko yoxa çıxıb. Onu tapmaq cəhdlərim heç bir səmərə vermədi. Görünür, o, «şahidlərin müdafiəsi» proqramı altına düşüb...
Sual: Məlumatlar görstərir ki, Boris Berezovski nəinki Vladimir Putinin prezident postuna namizədliyini təbliğ edib, əksinə, onun haqqında kompromat toplamaqla məşğul olub. Fikrinz?
- Leninqrad - Sankt Peterburq «UBXSS»-in sabiq rəisi, milis polkovniki Gennadi Vodoleyev öz kitabında yazır ki, 1999-cu ildə, prezident seçkiləri ərəfəsində o zamankı daxili işlər naziri Vladimir Ruşaylonun xətti ilə tanınmış siyasi intriqan Boris Berezovski ilə əlaqəli şəkildə Sankt-Peterburqa kompromat yığmaq məqsədilə bir briqada göndərilib. Onların tapşırığı sadə olub: Gələcək prezident Piterdə dərin irs qoyub. Bunu mənim dostum - Leninqrad «RUBOP»-nun sabiq rəisi Sergey Sidorenko da təsdiqləyir. Yerli əməliyyatçılar moskvalılara kömək ediblər. Onların arasında mənim bir neçə tanışım da olub. Odur ki, mən həmin siyasi intriqadan haliyəm.
Mən, Berezovskinin baxışlarını bölüşmürdüm. Vladimir Putini dövlət təhlükəsizliyi sisteminin nümayəndəsi sayırdım və hesab edirdim ki, o, belə kritik məqamda Rusiyaya rəbərlik etməyə başqalarından daha çox layiqdir. Həmin ana mənim vətəndaş mövqeyim belə idi. Bu məsələ ilə bağlı mənə məlum olan məlumatları Qriqori Poltavçenkoya ötürmüşəm ki, Vladimir Putin Moskvada uyğun kontr-tədbirlər görə bilsin.
Hadisələrin sonrakı gedişi göstərdi ki, elə də edilib. Putin Rusiyanın prezidenti oldu, Poltavçenko isə 18 may 2000-ci ildə prezidentin Mərkəz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olundu.
Sual: Maraqlı alınır - bu məlumatdan və sizin Jarko ilə tarixçənizdən aydın olur ki, Boris Berezovski nəinki Vladimir Putinin prezident postuna namizədliyini irəlilətməklə məşğul olmayıb, əksinə, onun barəsində kompromat toplayıb. Belədir?

- Bu tarixçədə ən maraqlısı budur ki, biz hamımız bu günə qədər fikirləşmişik ki, Berezovski Putinin seçkisini irəli aparıb, məhz o, Voloşini və Yumaşevi Putinlə «nişanlayıb», məhz Berezovskinin sayəsində Putin bugunkü Putin ola bilib. Amma indi anlayıram ki, sən demə, belə deyilmiş və gerçəkdə Berezovski Putinin əleyhinə işləyib. Ruşaylonun qrupu da uyğun olaraq, Berezovskiyə işləyib. Jarko Berezovskiyə işləyib, Dorenko Berezovskiyə işləyib, Nevzorov Berezovskiyə işləyib. Bunlar hamısı Berezovskinin adamları olub. Uyğun olaraq, onlar hamısı ingilis kəşfiyyatı ilə yaxından və sıx əməkdaşlıq edib. Biz, bu gün anlayırıq ki, İngiltərə hansısa formada Putinin dövlətin birinci şəxsi olmaq yolunda ona mane olmağa çalışıb. Bunun arxasında isə Putinin Berezovski ilə və Rusiyanın İngiltərə ilə münaqişəsini görmək olar. Bu münaqişə hələ də davam edir. Mümkündür ki, Aleksandr Litvinenkonun ölüm tarixçəsi də bu məcradandır.
Jarko ilə bağlı tarixçəyə qayıdıram. O, Litvinenko ilə çox yaxın olub. Kompromatla bağlı bu tarixçə onu göstərir ki, 2000-ci ildə seçkilər öncəsi Berezovski Putini hakimiyyətə buraxmamaq cəhdləri göstərib. Ruşaylonun Putin barədə kompromat yığan qrupu da. Hesab edirəm ki, daha hansısa faktları tapmaq olar...
Bir də onu qeyd etmək istəyirəm ki, Roma Sepkov Berezovski ilə kifayət qədər yaxından işləyib...
Viktor Rezunkov (http://www.svoboda.org)
Ruscadan çevirdi: Mirzə AĞ
AzPolitika.info

Şərhlər