Menu

Milli Məclis Avropanın cavabını verəcək

14.09.2015, 10:14
Milli Məclis Avropanın cavabını verəcək

Sentyabrın 14-də Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçiriləcək.

Məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu modern.az-a deyib ki, iclas deputatların müraciətləri əsasında keçirilir:

«Milli Məclisin bu gün keçiriləcək növbədənkənar xüsusi plenar iclası Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə ilə bağlıdır. Milli Məclisin daxili nizamnaməsinə görə, deputatların müraciətləri əsasında Milli Məclisin növbədənkənar plenar iclasının keçirilməsi qərarlaşdırılıb. İclasın gedişatından, deputatların çıxışlarından asılı olaraq qərar qəbul ediləcək».

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə siyasi məhbusların azadlığa buraxılması tələb olunur. Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağası və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəliyə gətirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol