Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna üçün əsas təhlükənin yerli oliqarxlar olduğunu bəyan edib.
AzPolitika.info-nun məlumatına görə, Poroşenkoo “The İndependent”ə istinadən verdiyi məlumata görə, o, oliqarxlara qarşı qanunların sərtləşdirilməsinin tərəfində olduğu fikrindədir.
Poroşenko bildiri ki, hökumət oliqarxların bazara nəzarət etməsinə qarşı məhdudlaşdırıcı addımlar atmalıdır.
Prezident Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin oliqarxlarla bağlı dediklərini şərh etməsə də, vurğulayıb ki, Saakaşvilini hələ də dəstəkləyir.
Bundan əvvəl Saakaşvili demişdi ki, Ukrayna hökumətinə oliqarxlar nəzarət edir.


Şərhlər