Xarici KİV-in məlumatına görə, Danimarka hərbi-hava qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr ölkənin hava məkanına yaxınlaşmaqda olan Rusiya bombardmançı təyyarələrini «tutmaq» üçün havaya qaldırılıb (Rosbalt).
«Associated Press»-in Danimarka silahlı qüvvələrinin mətbuat katibi mayor Erik Boetterə istinadla yaydığı məlumata görə, Rusiya bombardmançı Tu-22M tipli təyyarələri Baltik dənizi üzərində ölkənin hava məkanına yaxınlaşıblar. Onları tutmaq üçün Danimarkanın F-16 qırıcıları havaya qaldırılıb. Rusiya təyyarələri hava sərhədini pozmayıblar.
Xatırladaq ki, bu ərəfədə xəbər verilib ki, Britaniya qıpıcıları Rusiyanın iki Tu-160 təyyarəsini «tutmaq» üçün havaya qalxıb.
AzPolitika.info


Şərhlər