Avropa Birliyi ölkələri Rusiya və Krımın 150 fiziki şəxs və şirkətlərinin sanksiya vaxtını daha 6 ay uzadıb.
ANS PRESS-in məlumatına görə, əslində, Rusiya biznesmenlərinə, deputatlarına və senatorlarına qarşı tətbiq edilmiş sanksiyalar sentyabrın 15-də bitməli idi, lakin ayın əvvəlindən Avropa Birliyi sanksiyaların müddətini daha altı ay uzadaraq, vaxı 2016-ci ilin mart ayında qoydu.
Sanksiya tədbiq olunan siyahıda milyaderlər Arkadi Rotenberq və Yuri Kovalçuk, biznesmenlərdən Konstantin Malofeyev və Nikolay Şamalov, eləcə də, deputatlardan Serqey Şeleznyak, Serqey Mironov, Leonid Slutski və başqaları yer alır.

Arkadi Rotenberq - Rusiya milyarderi

Yuri Kovalçuk - Rusiya milyarderi

Konstantin Malofeyev - Rusiya biznesmeni

Nikolay Şamalov - Rusiya biznesmeni

Serqey Şeleznyak - Rusiya deputatı

Serqey Mironov - Rusiya deputatı
Bundan başqa, Avropa Birliyi iyunun sonunda Krım və Sevastopol barəsində olan sanksiyaları da 2016-cı ilin iyun ayına kimi uzadıb. Avropa Birliyi krım və Sevastopoldan idxal olunan məhsullara qadağa qoyub.
Rusiyaya qarşı tədbiq olunan sanksiyalar, onun Minsk razılaşmasına riayət etməyənə qədər davam edəcəyi deyilir. Razılaşmaya görə, Rusiya Ukraynaya qarşı atəşi dayandırmalıdır.


Şərhlər