Menu

Prezidentin sərvəti açıqlandı

15.09.2015, 09:50
Prezidentin sərvəti açıqlandı

Rəsmi məlumata görə, Lukaşenkonun maşşdan başqa gəliri yoxdur.

Belarusda oktyabrın 11-nə təyin edilən prezident seçkiləri ərəfəsində ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin gəlirləri haqqında məlumat yayıb.

Anspress-in məlumatına görə, açıqlamada hazırki prezident Aleksandr Lukaşenkonunyalnız maşşı göstərilib.

Prezident hər ay təxminən 4,5 min dollar maaş alır. Rəsmi məlumata görə, Lukaşenkonun maaşdan başqa gəliri yoxdur.

Aleksandr Lukaşenkonun qazancı siravi belaruslunun qazancında on dəfə çoxdur.

MSK-nın açıqlamasında prezidentin həyat yoldaşı Qalina Lukaşenkonun aylıq gəliri təxminən 800 dollar çivarında göstərilir.

Aleksandr Lukaşenko və kiçik oğlu Kolya

Qalina Lukaşenkonun Şklovun kəndi yaxınlığında evə və yağ zavodu Şklovskoqosunun 56% səhminə sahibdir.

Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko prezidentin milli təhlükəsizlik üzrə köməkçisidir və Belorus Təhlükəsizlik şurasının üzvüdür.

Ortancıl oğlu Dmitri "Prezident idman klubu"nun rəhbəri və Milli Olimpiya komitəsinin üzvüdür.

Lukaşenkonun üçüncü oğlu isə Kolya atasını xarici səfərlərdə müşayət edir. Məlumata görə Kolya prezidentin nigahdan kənar oğludur.

Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol