İraqın baş naziri Heydər əl-ibadi hökumətin İŞİD-lə mübarizədə böyük maliyyə sıxıntıları yaşadığını bildirib.
AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, baş nazir neft hasilatının və eyni zamanda neft qiymətlərinin artması ilə bağlı gözləntilərinin özünü doğrultmadığını qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət terrorla mübarizə üçün İraqın imkanlarını daraldıb.
“Silahlı qüvvələrə və Haşdi-Şabi milislərinə İŞİD-ə qarşı qələbə qazanmaları üçün ehtiyac duyduqları bütün silahları təmin etməmiz mümkün deyil. Bu səbəblə hərbi ehtiyaclar ilə dövlət xərcləri arasında tarazlıq gözləməliyik”, - deyə əl-İbadi vurğulayıb.
O əlavə edib ki, neft gəlirləri maaşları ödəməyə kifayət etmir və dövlət xərclərini azaltmağa davam edəcəklər.


Şərhlər