Çeçenistan Ali Məhkəməsində 1990-cı illərdə Çeçenistanda vuruşmuş iki Ukrayna vətəndaşının işi ilə bağlı dinləmələr başlayıb.
AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Nikolay Karpyuk və Stanislav Klıxın Rusiyada fəaliyyəti qadağan olunmuş UNA-UNSO təşkilatının üzvləri olduğu deyilir.
İstintaq məlumatlarına görə, 1994-cü ildə Karpyuk UNA-UNSO üzvü olan bir neçə şəxslə birlikdə Çeçenistana gələrək, Mashadov və Basayevin dəstələrinə qoşulmuş, Rusiya ordusuna qarşı döyüşmüşdülər.
Karpyukun və Klıxın məşhur döyüşçü Aleksandr Muzıçko ilə “Vikinq” dəstəsi yaratdığı və Rusiya qoşunlarına qarşı təxribatlar törətdiyi iddia olunur.

Şərhlər