Xarici KİV-in yazdığına görə, növbəti onilliyin sonuna qədər İran Avropa İttifaqına nəhəng qaz ixrac edən ölkəyə çevrilə bilər. Bu barədə məlumatı Aİ-nın məmurlarından və Avropa İttifaqı ölkələrindən birinin enerji şirkətinin adı çəkilməyən nümayəndəsinə istinadla «The Wall Street Journal» (WSJ) yayıb (Rosbalt).
Mənbənin məlumatına görə, Avropa İttifaqının İrandan qaz idxalı, Aİ-nın qiymətləndirməsinə görə, 2030-cu ilə hər il 25-35 milyard kubmetr təşkil edə bilər. İdxalın belə həcmi hazırda Şimali Afrikadan alınan qaz həcminə uyğun gəlir və bu, Aİ-nın Rusiya qazından asılılığını azalda bilər («İnterfaks»).
Hal-hazırda Rusiya Avropa İttifaqına ildə 130 milyard kubmetr qaz ixrac edir.
Mənbənin bildirdiyinə görə, Avropa İttifaqının ilkin hesablamalarına uyğun olaraq, İrandan alınacağı gözlənilən 35 milyard kubmetr qazın əsas hissəsi «sıxılmış təbii qaz» (STQ) halında olacaq və Aİ-na ən böyük STQ idxalı gücünə malik olan İspaniyadan keçməklə nəql olunacaq.
Avropanın enerji şirkətləri sanksiyalar götürüldükdən sonra İrana qayıtmağı düşünürlər. Bundan əvvəl RWE, E.ON, BP, Royal Dutch Shell, Repsol, Total, Engie i Statoil kimi konsernlərin nümayəndələri iqlim və energetika üzrə avrokomisar Migel Arias Kanyete ilə görüş keçirib, İranın açdığı perspektivlər barədə müzakirələr aparıblar.
Bu görüşdən əvvəl isə Avrokomissiya və İran arasında danışıqlar olmuşdu (WSJ).
«Biz istəyirik ki, bizim şirkətlər İrana getsin və bu ölkəyə tam proqramla sərmayələr yatırtsın - əvvəllər amerikalıların və çinlilərin yatırdığından da artıq»-deyə, mənbə bəyan edib.
AzPolitika.info


Şərhlər