Menu

Türkmənistan prezidentindən «xahiş» edirlər – Pulsuz MKX-ni ləğv etməyi...

15.09.2015, 17:45
Türkmənistan prezidentindən «xahiş» edirlər – Pulsuz MKX-ni ləğv etməyi...

«Türkmənistan xronikası» nəşri xəbər verir ki, Türkmənistan ağsaqqaları əhaliyə göstərilən pulsuz kommunal xidmətlərin ləğv olunmasını təklif edirlər (Rosbalt).

«Biz, əzəmət və xoşbəxtlik dövründə yaxşı yaşayırıq. Odur ki, ölkə əhalisi heç bir problem olmadan, qaz, su və elektrik enerjisi üçün haqq ödəyə bilər»-deyə, «Azadlıq Radiosu» Ağsaqqalar Şurası iştirakçısından sitat gətrir.

Misal olaraq, bu kontekstdə Axalsk vilayətindən olan ağsaqqal Qurbangəldi Aydıyev çıxış edib. Onun ideyasını Daşoğuz vilayətindən olan məktəb müllimi (fizika müləllimi) Gözəl Saparmıradova dəstəkləyib.

Ölkə prezidenti əmin edib ki, Ağsaqqalar Şurasının iclası zamanı irəli sürülmüş bütün təkliflər öyrəniləcək.

Məlumat üçün bildirək ki, Türkmənistanda əhali müəyyən norma daxilində pulsuz qaz, su və elektriklə təmin olunur. Məsələn, bir nəfər üçün qaz norması ayda 50 kumetr təşkil edir. «Türkmənqaztəchizat» Birliyinin hesablamalarına görə, dörd gözlü qal piltəsi - gözlərinin hamısı işlək olmaqla - bir saat ərzində cəmi 1,2 kubmetr qaz işlədir. Əhali normadan artıq qaz işlətməyə görə, hər 1000 kubmetr üçün ayda 20 manat (5 dollardan bir qədər artıq) ödəyir.

Qurbanqulu Berdıməhəmmədovun idarəçiliyi mərhələsi yaxın vaxtlara qədər «Böyük Cirçəliş Dövrü» adlandırılırdı. Amma o, ikinci müddətə prezident seçiləndən sonra (rəsmi məlumatlara görə, 97 faiz səslə!) elan olunub ki, ölkə indən belə yeni tarixi mərhələyə qədəm qoyur – «Əzəmət və Xoşbəxtlik Dövrü»nə.

Ay, Maşallah!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol