Rusiya KİV-nin məlumatına görə, 2015-ci ilin yanvar-iyun ayları ərzində ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmi 2,806 milyard dollar təşkil edib ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 46,1 faiz azdır. Bu rəqəmi «The Financial Times» dərc edib (Rosbalt).
«İnkişaf etməkdə olan bir çox ölkələrdə iqtisadi artım ahənginin yavaşıması, bəzi hallarda isə hətta ressesiya birbaşa xarici investisiyaların qoyuluşuna neqativ təsir göstərir. İqtisadi qeyri-müəyyənlik mərhələsində şirkətlər elə layihələrdə iştirakdan çəkinirlər ki, bu layihələr daha əlverişli şəraitdə artım üçün yaxşı imkanlar yaradardı»-deyə, «PRAYM» qəzetdə dərc olunmuş mətndən sitat gətirir.
Nəşr qeyd edir ki, Rusiya Federasiyasına yönəldilmiş xarici investisiyaların həcmi yalnız çox az ölkəni, məsələn, Qazaxıstanı (2,509 milyard dollar) üstələyir. Bundan başqa, xarici investorlar Rusiya layihələrinə hətta Bosniya-Hesoqovinaya qoyduqlarından (2,834) da az investisiya yatırıblar.
Ötən həftə Mərkəzi Bankın başçısı Elvira Nəbiullina bəyan edib ki, 2015-ci ildə Rusiyada ümumi daxili məhsulun azalması 3,8-4,4 faiz, 2016-cı ildə isə 0,5-1,0 faiz təşkil edəcək. Onun sözlərinə görə, ölkədə iqtisadi artım yalnız 2017-ci ildə bərpa olunacaq.
Ümumiyyələ, Rusiya bankında qeyd ediblər ki, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin düşməsi, maliyyə bazarlarında volatilliyin güclənməsi və inkişaf etməkdə olan ölkələrdə iqtisadi irnkişaf perspektivlərinin pisləşməsi Rusiyada iqtisadi fəallığın düşməsi risklərini aprtırır.
Requlyator xatırladır ki, «Rosstat»ın ilkin qiymətləndirməsinə görə, cari ilin 2-ci rübündə Rusiyada ümumi daxili məhsul 4,6 faiz azalıb. İyulda isə istehsal və istehlakda enmə ahənginin sabitləşməsi əlamətləri özünü göstərib.
AzPolitika.info


Şərhlər