Menu

Azərbaycan universitetləri dünya reytinqində

16.09.2015, 10:24
Azərbaycan universitetləri dünya reytinqində

Azərbaycandan 3 universitetin adı dünya reytinqinə salınıb, ancaq 651-ci pillədən sonra gəlirlər.

Sentyabrın 15-də QS Dünya Universitet Reytinqi 2015 açıqlanıb. Məqsəd tələbələrə dünyanın aparıcı universitetlərinin müqayisəsini aparmaqda kömək etməkdir. Reytinq akademik nüfuz, işçi nüfuzu, tələbə-fakültə nisbəti və sairə amillər daxil olmaqla, 6 göstəri indikatoru əsasında hazırlanır.

Bu il reytinqə 82 ölkənin adı salınıb. ABŞ 154, Böyük Britaniya 71, Almaniya 43, Fransa 41 universitetlə təmsil olunur. Siyahıda Yaponiyadan 38, Avstraliyadan 33, Çindən 30, Kanada və İtaliyanın hərəsindən 26, Braziliyadan 22, Rusiyadan 21 universitet adına rast gəlinir.

Reytinqdə ilk 3 yerdə Massaçusets, Harvard və Kembric Universitetləridir. Bu universitetlərin balı uyğun olaraq 100, 98.7, 98.6-dır.

Azərbaycandan Xəzər Universiteti 651-700-cü yerdə qərarlaşıb. Bakı Dövlət və Qafqaz Universitetləri isə 701-ci pillədən sonra gəlir.

400-cü yerdə qərarlaşmış Tartu Universitetinin balı 35 göstərilir. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol