Menu

Qiyamçı general ölkədən qaçdı

16.09.2015, 11:21
Qiyamçı general ölkədən qaçdı

Tacikistan müdafiə nazirinin sabiq müavini Abdulhalim Nazarzoda nə onun rəhbərlik etdiyi qiyamçı dəstəni zərərsizləşdirmək üçün həyata keçirilən xüsusi əməliyyat uğurla nəticələnməyib.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bundan əvvəl Ramit dərəsində mühasirəyə alınan generalın öz qruplaşmasından ayrıldığı və dərədən qaçdığı deyilir.

Tacikistanın hökumət qoşunları tərəfindən əsir alınan dəstə üzvləri onu münaqişənin əvvəlində gördüklərini deyiblər.

Onun son dəfə Özbəkistan sərhədləri yaxınlığında görüldüyü deyilir. Xüsusi əməliyyat zamanı generalın tərəfdarlarından 22 nəfərin öldüyü, 110 nəfərin yaralandığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol