Xarici KİV-in məlumatına görə, Yaponiya hökuməti bəyan edib ki, Rusiyanın hərbi təyyarələri bu ölkənin hava sərhədini pozub («Exo Moskvı»).
«Frans Press» agentliyinin məlumatına görə, Tokioda danışırlar ki, təyyarələr şimaldakı Xokaydo adasının və uyğun olaraq, Rusiyaya məxsus Kuril adalarının yanından uçublar. Onları «tutmaq» üçün Yaponiya müdafiə qüvvələrinin 4 təyyarəsi havaya qaldırılıb.
Rəsmi Moskva Yaponiyanın hava sərhədinin pozulması barədə Yaponiya tərəfin yaydığı xəbəri təsdiqləməyib və qeyd edib ki, məlumat yoxlanacaq.
AzPolitika.info


Şərhlər