Menu

Suriyadakı hərbi tikintiyə görə Kerri Lavrovdan izahat istəyib!

16.09.2015, 16:26
Suriyadakı hərbi tikintiyə görə Kerri Lavrovdan izahat istəyib!

Xarici KİV-in məlumatına görə, ABŞ-ın Dövlət katibi Con Kerri telefon danışığı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovdan məsələyə aydınlıq gətirməyi xahiş edib ki, Suriyadakı hərbi tikinti hansı məqsədlə aparılır? Məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb (Rosbalt).

Bundan başqa Kerri qeyd edib ki, Rusiya hakimiyyəti tərəfindən prezident Bəşər Əvədin dəstəklənməsi münaqişənin genişlənmə və şiddətlənmə riklərini artırır və ekstremizmlə mübarizə sahəsində ümumi məqsədlərə çatmağa xidmət göstərmir.

Dövlət katibi eyni zamanda, ABŞ-ın «İslam dövləti»nə qarşı mübarizədə 60-dan artıq dövlətin daxil olduğu koalisiyaya sadiq olduğunu təsdiqləyib. O, deyib ki, Əsəd heç vaxt etibarlı üzv kimi bu koalisiyaya daxil ola bilməz. Kerrinin sözlərinə görə, Birləşmiş Ştatlar «İslam dövləti»nə qarşı mübarizədə Rusiyanın konstruktiv rolunu alqışlayacaq.

O, həm də qeyd edib ki, Suriya münaqişəsini silahın köməyi ilə həll etmək olmaz - yeganə mümkün yol, Əsədin siyasi səhnədən uzaqlaşdırılmasıdır.

«BBC» xəbər verir ki, son 10 gün ərzində bu, Kerrinin Lavrova artıq 3-cü zəngidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol