29 saylı Səbail Seçki Dairəsi ilə bağlı müəmmaya aydınlıq gəlib. 10 ildir bu dairədən deputat olan Fuad Muradov YAP-ın namizədi Şəmsəddin Hacıyevin qarşısından çəkilib. O, namizədliyini 34 saylı Xətai ikinci Seçki Dairəsindən verəcək.
Bu barədə AzNews.az xəbər verir.
Qeyd edək ki, 34 saylı Xətai ikinci Seçki Dairəsindən YAP İbrahimov Calal Ağarza oğlunun namizədliyini irəli sürüb. Fuad Muradovun bu dairəyə gəlməsindən sonra onun namizədliyinin formal xarakterli olduğu aydınlaşıb.
Ümumiyyətlə, Fuad Muradovun Xətaiyə göndərilməsi maraqlıdır. Onun bu dairədən mandat əldə etməsi çətin olacaq.
Yeri gəlmişkən, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da 34 saylı dairədən namizəd ola biləcəyini açıqlayıb.
V.Nəsibov
AzPolitika.info


Şərhlər