Menu

Qusarda güclü leysan nəticəsində 4 ev çöküb

16.09.2015, 19:59

yagisBu gün axşam saatlarında şimal bölgəsinə yağan güclü yağış bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, nəticədə Qusar rayonunda 4 yaşayış evi çöküb.

Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, çökən evlərdən üçü Qusar şəhərində, digərisi isə rayonun Çiləgir kəndində yerləşir.

Leysan nəticəsində bəzi yaşayış evlərini su basıb. Əraziyə texnika cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol