Menu

Tacikistanda repressiya dalğası

17.09.2015, 11:22
Tacikistanda repressiya dalğası

Tacikistan polisi son bir sutka ərzində Tacikistan İslam Dirçəlişi Partiyasının (TİDP) bütün az qala bütün əsas funksionerlərini və fəallarını nəzarətə alıb.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, TİDP-nin sədr müavinləri Maxmadali Xait, Saidumar Xusayni, Siyasi Şura üzvü Voidxon Kosiddinov, TİDP Elmi Şura sədri, məşhur ruhani Zubaydullo Rozik, rayon təşkilatları üzrə şöbə rəhbəri Raxmatullo Racab, sədrin hüquq müşafiri Zarafo Raxmoni və partiya orqanı olan “Nacot” qəzetinin baş redaktoru Avdukaxxor Davlat saxlanılıb.

Partiyanın ölkə xaricində olan sədri Muhiddin Kabiri dünya ictimaiyyətini Tacikistan hökumətinin bu əməllərinə reaksiya verməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol