Menu

Neft 15 il ucuz qala bilər - Goldman

17.09.2015, 13:04
Neft 15 il ucuz qala bilər - Goldman

Goldman Sachs-ın əmtəə araşdırmaları bölməsinin direktoru Jeff Currie, "Neft qiymətlərinin növbəti 10 illik müddətin sonuna qədər aşağı qalması ehtimalı olduqca yüksəkdir" - deyib.

Goldman-ın rəsmi proqnozu 2020-ci ilə qədər uzanır və bank uzun perspektivdə neftin barelinin qiymətinin 50 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Currie, "Digər əmtəə bazarlarında olanlar nəzərə alındıqda risklər mövcuddur və bu risklər qiymətləri aşağı salacaqdır. Dəmir filizi, mis, poladın qiymətinin düşməsi və əmtəə istehsalçısı ölkələrin pul vahidlərinin zəifləməsi neft istehsalçıları üçün xərcləri azaldıb" deyə bildirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol