AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Avropa Parlamenti Avropa Komissiyasının 120 min suriyalı qaçqını Aİ ölkələri üzrə bölüşdürmək barədə təklifini dəstəkləyib.
Bu qərar AP spikeri Martin Şultsun təqdimatı ilə səsverməyə çıxarılıb. Qərara 37 nəfər lehinə, 134 əleyhinə səs verib, 52 nəfər isə bitərəf qalıb.
Öncədən AK rəhbəri Jan-Klod Yunkerin təklif etdiyi bu tədbirlər planı tövsiyə xarakteri daşıyır. Qərarın yekun təsdiqlənməsi sentyabrın 22-də keçiriləcək Aİ Şurasının daxili işlər nazirləri səviyyəsindəki toplantıda olmalıdır.


Şərhlər