Menu

Suriya ordusu Rusiyanın verdiyi yeni silahlardan istifadə etməyə başlayıb

17.09.2015, 16:12
Suriya ordusu Rusiyanın verdiyi yeni silahlardan istifadə etməyə başlayıb

“Suriya ordusu son günlər Rusiyadan göndərilən yeni silahlardan fəal şəkildə istifadə etməyə başlayıb”.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Suriyadakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Suriya hərbi qüvvələri bir neçə həftədir Rusiyadan göndərilən yerüstü və hava sistemlərindən istifadə edirlər. Hərbçilərin bununla bağlı xüsusi hazırlıq keçdiyi də qeyd olunur. “Silahlar yüksək keyfiyyətli və çox dəqiqdir, hədəfi dəqiqliklə vurur”, - deyə mənbə söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol