Menu

Azərbaycanlının evinə top mərmisi düşdü

17.09.2015, 17:18
Azərbaycanlının evinə top mərmisi düşdü

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonundakı Qabal kəndində dolu əleyhinə topdan atəş açıldıqdan sonra mərmi həmyerlimizin evinə düşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Kaxetidə fəaliyyət göstərən "Hereti" radiosunun hadisə yerində olan əməkdaşı Georgi Aladaşvili bildirib.

Onun sözlərinə görə, mərmi Qabal kənd sakini Nadir Aslanovun evinin damını və divarlarını zədələyib. Həmçinin evdə yanğın başlayıb, nəticədə məişət əşyaları yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda Laqodexi rayon rəhbərliyi və yerli fövqəladə hallar xidməti tərəfindən müvafiq tədbirlər görülür, N. Aslanovun evinə dəyən zərərin həcmi hesablanır.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol