AvropaKomissiyasının sədri Jan-Klod Yunkerin qaçqınlarla bağlı təklif etdiyi tədbirlər planında Balkan ölkələrində qalan və Aİ-yə keçə bilməyə miqrantlar üçün “bufer zona” yaratmaq nəzərdə tutulur.
AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, planda demokratik problemlərin və insan haqları pozuntularının yaşanmadığı ölkələr “təhlükəsiz bölgə” adlandırılacaq və bu ölkədən gələnlərə rədd cavabı verilə bilər.
Bu plana görə, QərbiBalkan zonasına gələn qaçqınların Aİ-yə keçidi də məhdudlaşdırılacaq.
Lakin Balkanlarda əhval da o qədər ürəkaçan deyil. Macarıstanın Xorvatiya ilə sərhədlərdə sərhəd tikmək cəhdləri və polislə qaçqınlar arasında qarşıdurma İtaliyanın və digər Aİ institutlarının sərt tənqidinə səbəb olub.


Şərhlər