Vergilər Nazirliyi mahiyyəti vergilərin ödənilməməsinə qarşı tədbirlərin sərtləşdirilməsi və onların istənilən yolla yığılmasından ibarət olan struktur dəyişiklikləri barədə məlumat yayıb.
Xüsusən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi Borclarının Məcburi Alınması İdarəsi yaradılıb.
Bu idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə daxildir.
Həmçinin, yerli sahibkarlarının digər ölkələrlə biznes əlaqələri, habelə xarici dövlətlərdəki biznes fəaliyyətləri təhlil olunacaq və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması məqsədilə digər dövlətlərin vergi və maliyyə orqanları ilə qarşılıqlı əməkdaşlıq təmin ediləcək, deyə məlumatda qeyd edilir


Şərhlər