Suriyada hərbi təyyarə bazasında Rusiya vertolyotları aşkar edilib. ANS PRESS-in məlumatına görə, bu haqda Dəməşqdə olan amerikalı məmurlara istinadən “Reuters” xəbər verib.Mənbələrin verdiyi xəbərə görə, Suriyada yerləşən təyyarə bazasında bir neçə Rusiya vertolyotu aşkar edilib. Təyyarə bazasında ən azı dörd vertolyot olub, həmçinin onlar arasında döyüş helikopterləri olub. Hərbi texnikanın bura nə vaxt gətirildiyi bəlli deyil. Həmçinin onların hər hansı döyüşlərdə iştirak etdiyi barədə də məlumat yoxdu.
Daha əvvəl Rusiya Baş Qərargahından bildirilib ki, Rusiya hələ Suriyada Hərbi Hava Qüvvələrlərinin bazasını tikməyi planlaşdırmır. Öz növbəsində, Pentaqonda hesab edirlər ki, Suriyanın Latakiya şəhərində Rusiya hərbi texnikasının meydana çıxması hərbi bazanın yaradılmasına hazırlıqdır.
Rusiya hərbi vertolyotları
Bir müddət əvvəl Rusiyanın Suriyanın şimal-qərbində Latakiya şəhəri yaxınlığında hərbi təyyarə bazası tikəcəyi barədə məlumatlar yayılmışdı. Bu barədə ilk olaraq Pentaqon nümayəndəsi Ceff Devis bildirib. Onun sözlərinə görə, son həftələrdə Latakiya şəhərinin ətrafında yerləşən təyyarə bazasına insanların və avadanlığın axını müşahidə olunur.
Suriyaya yardım aparan Rusiya təyyarəsi
“Reuters” agentliyinə məlumat verən ABŞ hakimiyətinin iki nümayəndəsi isə bildirib ki, təyyarə bazasında Rusiya tankları növbədə olurlar.
“Latakiya şəhərinin yaxınlığında yerləşən bazanın ətrafında Rusiyanın yeddi T-90 tankı aşkar edilib. Eyni yerdə Rusiya ordusuna məxsus artilleriya qurğuları da yerləşdirilib”, – deyə adı açıqlanmayan ABŞ diplomatları bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin Suriyadakı hərbi əməliyyatlarda iştirakını inkar edib. Nazirlik rəsmisi Mariya Zaxarova BBC telekanalına müsahibəsində Rusiya ilə Suriya arasında müqavilənin məğzini açıqlayıb.
Onun sözlərinə görə, bu iki ölkə arasında əməkdaşlıq hərbi-texniki əməkdaşlıqdan kənara çıxmır, Suriyadakı rus hərbçilər isə Rusiyanın bu ölkəyə çatdırdığı silah-sursatın qaydaya salınması ilə məşğuldurlar.
"Biz bu siyasəti aparmaqla nə ikitərəfli öhdəlikləri, nə də ki, beynəlxalq hüququ pozmuruq. Biz terrorizmlə beynəlxalq mübarizədə başqa bir ölkəyə kömək etmək hüququ olan müstəqil bir dövlətik", - deyə Zaxarova ölkəsinin rəsmi mövqeyini açıqlayıb.
Mariya Zaxarova- Rusiya XİN-in sözcüsü


Şərhlər