Menu

Nemtsovun qətlində ittiham olunan şəxs izahatından imtina etdi

18.09.2015, 08:59
Nemtsovun qətlində ittiham olunan şəxs izahatından imtina etdi

Tanınmış rusiyalı siyasətçi Boris Nemtsovun qətlində ittiham olunan Anzor Qubaşev etiraf izahatından imtina edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qubaşevin vəkili Musa Hədisov bildirib.

“Bu gün Anzor Qubaşevin təkrar dindirilməsi keçirilib. Dindirilmə zamanı o rəsmi olaraq etiraf izahatından imtina edib”, deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, Qubaşev etiraf izahatını təzyiq altında – qardaşının azadlığa buraxılmasına dair sövdələşmə əsasında verib.

Bundan əvvəl isə bildirilmişdi ki, Qubaşevin qardaşı Şədid Anzorun Nemtsovun qətlində əli olduğunu etiraf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol