Menu

Avro bahaşalıb

18.09.2015, 09:37

dollar_avro_002Bu gün sentyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 17-si ilə müqayisədə 0,0005 manat və ya 0,05% azalaraq 1,0473 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0097 manat və ya 0,82% artaraq 1,1935 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0160 manat səviyyəsində qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol